Müstəqillik dövründə aqrar sığorta bazarının yaranma mərhələləri

Müəlliflər

  • Jafar JAFAROV Müəllif

Açar sözlər

risklərin idarə olunması, dövlət tənzimləməsi, sığorta modeli, aqrobiznes riskləri

Xülasə

Təbii riskləri təminata götürən effektiv sığorta mexanizmi nəinki kənd təsərrüfatı məhsul istehsalçılarının risklərini onlar arasında bölüşdürür, həm də kənd təsərrüfatının inkişafını istiqamətləndirir. Məqalədə aparılan tədqiqatın məqsədi Azərbaycanın aqrar sahəsində sığorta bazarının formalaşması mərhələləri və prinsipləri, dövlətin bu prosesdə rolunun öyrənilməsidir. Tədqiqatın metodologiyasının əsasında dünya aqrar sığorta bazarının təcrübəsinin, ilk növbədəTürkiyənin TARSİM modelinin mahiyyətinin və onun Azərbaycanda tətbiqi üsullarının araşdırılması dayanır. Eyni zamanda, statistik məlumatların bazasında Azərbaycanda tətbiq olunan sığorta modeli ətraflı təhlil edilmişdir. Məqalədə aparılan aqrar sığorta bazarının yaranma mərhələlərinin tədqiqatının elmi əhəmiyyəti ilə bağlı irəli sürülən bir çox fikirlər bu bazarın təkmilləşdirilməsində istifadə oluna bilər. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycanda aqrar sığorta bazarının yaranma mərhələləri, bu mərhələlər arasında fərq və hər bir mərhələnin üstünlükləri və çatışmazlıqlarının ətraflı tədqiqatı aparılmışdır. Paralel olaraq, bu sahənin inkişafı prosesində mövcud olan potensiallar qabarıq şəkildə üzə çıxarılmışdır. 

Referanslar

Yayımlanıb

2026-04-16