Milli iqtisadiyyatın inkişafında kiçik biznesin rolu

Müəlliflər

  • Khalida AGHAYEVA Müəllif

Açar sözlər

dövlət dəstəyi, kiçik müəssisələr, kiçik biznes, iqtisadiyyat

Xülasə

Kiçik biznes ölkələrin iqtisadi çiçəklənməsinə səbəb olan mühüm amildir və istehsalın canlanmasına, əhalinin iqtisadi fəallığının artırılmasına güclü stimul verir. Kiçik biznes iqtisadiyyatın ən çevik və səmərəli sektorlarından biridir, çünki ÜDM-in böyük hissəsinin yaradılmasını təmin edir, iqtisadi fəal əhalinin böyük hissəsini işlə təmin edir. Kiçik və orta sahibkarlıq iş yerlərinin yaradılması 
ilə yanaşı, rəqabətqabiliyyətli, dinamik və şaxələndirilmiş iqtisadiyyatın yaradılmasında mühüm rol oynayır. Kiçik sahibkarlıq ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini böyük ölçüdə müəyyən edir. Ona görə də, sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Milli resursların əsas hissəsi orta və böyük biznes üçün qida mühiti olan kiçik biznes sektorunda 
yaradılır və dövriyyəyə buraxılır. Kiçik müəssisələrin texnoloji istehsal və idarəetmə çevikliyi onlara dəyişən bazar şərtlərinə dəqiq və vaxtında uyğunlaşmağa və reaksiya verməyə imkan verir. Kiçik biznes daha dinamik inkişaf edən sektor kimi makroiqtisadi mühitə əhəmiyyətli təsir göstərə bilir. Məşğulluğun genişlənməsinə töhfə verir, inhisarçılığın yaranmasının qarşısını alan bazar mexanizminin real fəaliyyətini təmin edir, bir sözlə, rəqabət mühitinin formalaşmasında mühüm amil kimi çıxış edir

Referanslar

Yayımlanıb

2026-04-16