Biznesdə kontroliq sisteminin təşkili və strateji istiqamətləri

Müəlliflər

  • Fuad ABBASOV Müəllif
  • Erturgut BAGIROV Müəllif
  • Aysha AHMEDOVA Müəllif

Açar sözlər

istehsal, biznes, kommersiya, sahibkarlıq

Xülasə

İnsan resursları sosial-iqtisadi kateqoriya olub, cəmiyyətin (ölkənin) malik olduğu fiziki və intellektual imkanların məcmusunu təşkil edir. İnsan resurslarının xüsusiyyəti ondan ibarətdir ki, ilk növbədə insanlar nə qədər çox peşə fəaliyyətinə qoşulurlarsa, bir o qədər çox həyat və peşə təcrübəsi qazanır, bir o qədər az vaxt ərzində peşə vəzifələrini daha keyfiyyətlə yerinə yetirir, ölkə, müəssisə, təşkilat və s. üçün daha çox dəyərlər yaradırlar; ikincisi, insanlar sosial idarəetmənin ən mürəkkəb obyektidir; üçüncüsü, insanların peşəkar olması üçün fəaliyyət növlərinin peşəkarlaşması çoxlu kapitaltutumluluğu tələb edir; dördüncüsü, peşəkarların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi onların imkanlarının düzgün idarə edilməsi sisteminin yaradılması ilə əldə edilir. İnsan potensialının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar rəqabət obyekti olaraq məqsədə çatmaq üçün başqa resurslarla yanaşı səmərəli yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər. İnsan resurslarının idarə edilməsi idarəetmə təcrübəsini biznes strategiyası ilə əlaqələndirir. Buna görə də, o, innovasiya xarakteri daşıyır və son məqsəd kimi ölkənin (müəssisənin, təşkliatın, kompaniyanın) iqtisadi nəticələrinin yüksəldilməsi və əhalinin tələbatının ödənilməsi vəzifəsini qarşıya qoyur. 

Referanslar

Yayımlanıb

2026-04-17