Yüngül sənaye sektorunun davamlı inkişafının təmin olunmasında klasterlərin rolü

Müəlliflər

  • Shahla ABBASOVA Müəllif

Açar sözlər

regionlar, istehsal, innovasiya, rəqabət, yüngül sənaye, klaster

Xülasə

Müasir dövrdə hər bir dövlətin iqtisadi rəqabət imkanlarını yüksəldən və onun inkişafına təsir edən ən mühüm meyarlardan biri iqtisadi sahələrin daxili və xarici bazarlarda potensial imkanları və yaratdığı əlavə dəyərdən ibarətdir. Hazırda dünyanın bir çox ölkəsində yüngül sənaye sektoru qeyd olunan xüsusiyyətləri özündə ehtiva etdiyi üçün prioritet sahələrdən hesab olunur. Ənənəvi istehsal prosesi ilə yüngül sənaye sektoru əmək tutumlu istehsal strukturuna sahib olmaqla xüsusilə inkişaf etməkdə olan ölkələr üçün istehsal həcmi, məşğulluq və xarici ticarət gəlirinin yüksəldilməsi baxımından geniş potensiala malikdir. Məhz, bunun üçün bir çox ölkənin sənayeləşmə strategiyasında yüngül səanye sektoru mühüm yer tutur. Son dövrlər dünyada elm və texnologiyanın inkişafı, 
qloballaşma prosesinin intensivləşməsi, beynəlxalq ticarətin strukturunda baş verən dəyişikliklər yüngül sənaye sektorunun daha mütəşəkkil təşkilati quruluş çərçivəsində inkişafını şərtləndirmişdir. Hesab edirik ki, respublikamızda həyata keçirilən regionların davamlı inkişafı proqramları çərçivəsində istehsal sahələrinin davamlı rəqabət üstünlüyünü təmin etmək üçün yüngül sənaye sektorunun klasterlər daxilində fəaliyyətinin təmin olunması bu aspektdə əhəmiyyətli ola bilər.

Referanslar

Yayımlanıb

2026-04-20