Azərbaycanda müvafiq strategiyaların formalaşmasında marketinqin rolu

Müəlliflər

  • Kamal AKHMEDOV Müəllif

Açar sözlər

marketinqin məqsədləri, proqram-hədəf, marketinqin faydaları

Xülasə

Müvafiq məqalədə Azərbaycan Respublikasında son zamanlar üçün marketinqə əsaslanan iqtisadi fəaliyyət təhlil edilmiş, ölkənin sənaye kompleksi və onun inkişaf potensialı haqqında statistik məlumatlara əsaslanan, sənaye müəssisələrinin marketinq strategiyalarının aktual problemləri nəzərdən keçirilmişdir. Ölkə müəssisələrin səmərəli strateji proqramlarının işlənib hazırlanması üçün bazarda marketinq tədqiqatının aparılması zərurəti məntiqi cəhətdən və Azərbaycan Respublikasında müəssisələrin investisiya fəaliyyətinin real xüsusiyyətləri üzərindən, investorların maraq çərçivəsi müəyyən edilməklə, səmərəli metod və alətlərin təhlili aparılmış və regionların investisiya fəaliyyətini daha yaxşı stimullaşdırmaq üçün marketinq tədqiqatlarının aparılması vacibliyi təsdiq edilmişdir. Azərbaycan Respublikasının inkişaf strategiyasının işlənib hazırlanmasında marketinq və marketinq tədqiqatlarından istifadə
zərurəti əsaslandırılmış, bazar iştirakçıları üçün hədəf və ehtiyatlarla bağlı prioritetlərin sərhədləri aşkar edilmiş və ölkənin iqtisadi inkişafının prioritet istiqamətləri müəyyən edilmişdir. 

Referanslar

Yayımlanıb

2026-04-20