İnvestisiyaların turizm fəaliyyətinə təsirinin tətqiqi

Müəlliflər

  • Khayyam JAVADZADE Müəllif
  • Aysel HUSEYNOVA Müəllif

Açar sözlər

inkişaf, iqtisadiyyat, investisiya prosesi, turizm fəaliyyəti, investisiya qoyuluşu

Xülasə

Məqalədə mövzunun aktuallığı qeyd edilmişdir. Turizm sektorunu daha dinamik inkişaf etdirmək üçün əmək məhsuldarlığını artırmaq, xidmətin səmərəliliyini yüksəltmək, əməyin təşkili formasını və üsulunu təkmilləşdirmək, stimulverici tədbirlərin müxtəlifliyini və miqyasını genişləndirmək, turizm sosial servis xidmətlərini yenidən təşkil etmək, xüsusilədə investisiya qoyuluşunu davamlı artırmağın zəruriliyindən bəhs edilmişdir. Turizmə başlıca təsir edən amillər, investisya qoyuşuluşu, iqtisadiyyatın tarazlıq və
səmərəlliyini təmin etmək, məsrəflərin hər manatına çox məhsul və gəlir şəraitini, ictimai istehsalın planlı inkşafı investisiya vasitəsilə həyata keçirilməsi haqqında qeydlər vardır. Turizm dövrün ən aktual və gəlirli sahəsidir ki, investisiya qoyuluşu ilə bu sahəni daha yaxşı inkişaf etdirmək mümkündür. Turizm yüz milyonlarla insanın gündəlik həyatına daxil olub insanların yaşayış və iş yerlərində sərbəst hərəkət etmək və bu zaman yaranan tələbatları ödəmək üçün xidmətlər sahəsini özündə cəmləşdirir. Ölkəmiz 
turizm sahəsini inkişaf etdirmək üçün yüksək potensiala malikdir. Azərbaycanın füsunkar təbiəti, iqlimi, gəzməli yerlərinin çoxluğu turizm axını üçün əlverişli imkan yaradır. Respublikamızda ölkəiqtisadiyyatının bütün sahələrini əhatə edən radikal iqtisadi islahatlar həyata keçirilmişdir. Beləki, ”İnvestisiya fəaliyyəti haqqında”, ”Xarici investisiyaların qorunması haqqında”, ”Sahibkarlıq fəaliyyəti haqqında” və bir sıra digər qanun və qanunvericilik aktlarının qəbul edilməsi nəticədə Respublikada investisiya fəaliyyətinin geniş vüsət almasına şərait yaratmışdır.

Referanslar

Yayımlanıb

2026-04-21