Sosial inkişafın təmin edilməsinin regional aspektləri

Müəlliflər

  • Afiyaddin HAMIDOV Müəllif
  • Samira MIRZAYEVA Müəllif

Açar sözlər

iqtisadi inkişaf, sosial inkişaf, Regional inkişaf

Xülasə

Tarixən regionlar bir-birindən həm sosial, həm də iqtisadi cəhətdən fərqlənmişdir. Bu fərqlərin əmələ gəlməsinin başlıca səbəbləri, regionun coğrafi quruluşu, relyefi, geoloji ( təbii sərvətlərin mövcudluğu) quruluşudur. Regionlar məşğulluq baxımından bir-birindən fərqlənirlər. Xüsusən də regionlarda əhali disbalansının yüksək olması məşğulluğa təsir göstərir. Bir ölkənin sosial cəhətdən inkişaf 
etməsi üçün onun regionlara bölünməsi zəruridir. Tədqiqatlar göstərir ki, regionlar sosial-iqtisadi inkişaf səviyyəsinə görə 2 yerə bölünür:
1. İnkişaf etmiş
2. İnkişaf etməkdə olan, yəni zəif inkişaf etmiş regionlar
İnkişaf etmiş regionlar sosial cəhətdən yüksək inkişaf etmiş sayılırlar. İnkişaf etməkdə olan regionlarda isə sosial problemlərlə yanaşı iqtisadi problemlər də mövcud olur. Qeyd etmək lazımdır ki, iqtisadi vəziyyət ölkədə,regionlarda sosial vəziyyətə də təsir göstərir. Müasir iqtisadi sistemlərdə yaranan bu sosial problemləri həll etmək biraz çətin olur.Beləliklə, qeyd etmək lazımdır ki, dövlətin apardığı ümumi sosial siyasət birbaşa olaraq regionların sosial inkişafına ciddi təsir göstərir. Dövlətin regionlarda apardığı sosial siyasətin başlıca ünsürləri, məşğulluğu təmin etmək, sosial standart normalarını tətbiq etmək, əhalinin sosial xidmətlərə daha asan əlçatanlığını təmin etməkdir. Regional səviyyədə aparılan sosial siyasətdə əhali qrupları arasında gəlir bərabərsizliyinin azaldılması başlıca məqsədlərdən biridir. Bu məqalədə dövlətin sosial siyasətində regional aspektlər araşdırılmış, müxtəlif tədqiqatların nəticəsi təhlil edilmiş və sonda Azərbaycanda aparılan sosial siyasət haqqında məlumat verilmişdir. 

Referanslar

Yayımlanıb

2026-04-23