Azərbaycanda qeyri-neft sektorunun inkişaf strategiyasına uyğun olaraq turizm sənayesində aqroturizm sahəsinin inkişaf perspektivləri
Açar sözlər
aqroturizm sektoru, turizm sənayesinin potensialı, qeyri-neft sənayesiXülasə
Məqalədə qeyri-neft sənayesinin inkişaf strategiyasının nəzəri əsasları, qeyri-neft sənayesinin inkişafında turizm sənayesinin rolu və əhəmiyyəti, Azərbaycanda aqroturizm sektorunun inkişaf perspektivləri və aqroturizm üçün yerli imkanlar məsələlərinə xüsusi yer verilir. Həmçinin, Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin inkişaf strategiyasını zəruri edən səbəblər, turizm sənayesinin inkişafına strateji baxış və aqroturizm sahəsində əhalinin sosial-iqtisadi inkişafına təsiri öz izahını tapır. Müasir dövrdə Azərbaycanın qarşısında duran əsas strateji hədəflərdən biri də qeyri-neft sənayesinin aparıcı bölmələrindən biri olan turizm sənayesinin inkişafını təmin etmək, o cümlədən aqroturizm sahəsinin potensial imkanlarının qiymətləndirilməsi, yaradılması və inkişaf etdirilməsi əsas istiqamətlərdəndir.
Referanslar