Gəncə-Daşkəsən ərazisinin sosial-iqtisadi inkişafında turizmin rolü

Müəlliflər

  • Fazil KƏRİMOV Müəllif
  • Ayşə ƏHMƏDOVA Müəllif

Açar sözlər

investisiya, biznes turizmi, inkişaf, region, sosial-iqtisadi potensial

Xülasə

Turizmin inkişafı müasir dünya iqtisadiyyatına verdiyi mühüm töhfələrə və müsbət sosial-iqtisadi nəticələrinə görə yüksək qiymətləndirilir. İqtisadi və sosial potensiala malik ölkələrin struktur siyasətində həlledici element kimi nəzərdən keçirilir və bazar tipli iqtisadiyyatlarda prioritet sektor hesab olunur. Turizmin hazırkı vəziyyəti ümumi daxili məhsulun artımında və sosial məsələlərin həllində roluna görə qiymətləndirilir. Mütəşəkkil və planlı sənaye kimi turizmin təsirini qiymətləndirmək üçün onun inkişafının elmi qiymətləndirilməsinin aparılması vacibdir.Turizmin müxtəlif aspektlərinin tədqiqi, planlaşdırılması və təşkilində istifadə olunan metodologiya və modellərin nəzəri və praktiki əhəmiyyətinə lazımi diqqət yetirilməklə, turizmin sosial-iqtisadi nəticələrinin yüksəldilməsi çox faydalı olardı.

Referanslar

Yayımlanıb

2026-04-27