Heyvandarlıqda məsrəflərin və məhsul çıxımının uçotunun təşkili və onun təkmilləşdirilməsi
Açar sözlər
heyvanların yemlənmə xüsusiyyətləri, südlük və damazlıq növləri, heyvanların ətlik, heyvandarlığın inkişafı prosesiXülasə
Məqalənin tədqiqatı heyvandarlıqda əsasən məsrəflərin daha çox hara istifadə olunması, heyvanların yemlənmə prosesi, onların ətlik, südlük və yaxud damazlıq növlərindən təsərrüfatın müxtəlif sahələrindəistifadə edərək insanların öz qida rasionunu təmin etməsindən bəhs edir. Məqalədən aydın olur ki, heyvandarlıqda məsrəflərin çox hissəsi heyvanların yemlənməsi prosesinin təşkil edilməsinə, heyvanların saxlanması üçün saxlanma yerlərinin hazırlanmasına, heyvanların yemlənməsi üçün otlaq sahələrinin təşkilinə, ilin sərt keçən qış aylarında heyvanların yemlənməsi üçün alınan ot tayalarına xeyli məsrəflərin çəkilməsindən bəhs edir. Tədqiqat zamanı heyvandarlığın inkişaf prosesləri, onların inkişaf qanunauyğunluğu məsələsinə toxunulmuşdur. Həmçinin heyvanların qoyunçuluq maldarlıq, quşçuluq, atçılıq və s. növlərinə də toxunulmuşdur. Heyvanların südlük növlərindən keyfiyyətli və yağlı süd almaq üçün heyvanların yemlənməsi prosesi zamanı süddə yağlılığı artıran xüsusi yem növlərindən istifadə edilməlidir. Bununla yanaşı heyvanların xüsusi yemləmə prosesindən asılı olmayaraq onların xüsusi südlük, ətlik, damazlıq növlərinə ayrılan heyvan sortları da vardır. Heyvanların xüsusi cins tərkibi heyvanların ətlik, südlük və damazlıq növlərində xüsusi yer tutur.
Referanslar