Ölkədə milli innovasiya sisteminin inkişaf etdirilməsi istiqamətləri
Açar sözlər
innovasiya sahibkarlığı, iqtisadi artım, maliyyə təminatı, rəqabət, milli innovasiya sistemiXülasə
Dünya ölkələrinin təcrübəsinə əsasən ölkədə iqtisadiyyatın inkişafı, iqtisadi təhlükəsizliyi üçün müstəqil texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması vacibdir. Ölkədə bu cür texnologiyaya əsaslanan iqtisadiyyatın qurulması dünya bazarında ölkənin iştirakına şərait yaratmış olur. Təssərüfat subyektlərinin azad rəqabət şəraitinə adaptasiyası və innovasiyanın tətbiqi arasında müəyyən bir əlaqə mövcuddur. Belə ki, ETT-nin nailiyyətlərinin, yeniliklərin istehsala tətbiqinə, məhsulun həyat müddətinin artırılmasına əsaslanan innovasiya prosesləri nəticədə, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsalını labüd edir ki, bu da sonda həmin məhsula tələbin artmasına səbəb olar. Odur ki, innovasiya proseslərinin inkişafı, ilk növbədə, müəssisənin idarəedilməsinin təkmilləşdirilməsindən aslıdır. Lakin, innovasiya proseslərinin inkişafı daha çox investisiya qoyuluşları hesabına həyata keçirilir ki, bu isə ilk növbədə müəssisə rəhbərinin innovasiya proseslərinə yanaşmasından, eyni zamanda, dövlətin bu sahəyə dəstəyindən asılıdır.
Referanslar