Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalında regionların rolü
Açar sözlər
statistik təhlili, regionlar, struktur siyasəti, kənd təsərrüfatı, aqrar sektorXülasə
Davamlı inkişaf prinsiplərinin konsepsiyası və həyata keçirilməsi ilə əlaqədar olaraq milli iqtisadiyyatın inkişafı çərçivəsində aqrar sektorun mövqeyi və rolu ilə bağlı köklü dəyişikliklər baş verir. Kənd təsərrüfatına regionların tərkib hissəsi kimi baxış əsas prinsiplərin qəbulu ilə bağlı özünü təsdiq etməyə başlayır. Regionları xarakterizə edən göstəricilərin müəyyən edilməsi və buna əsasən
müəyyən edilən problemlərin aradan qaldırılması, onların əsasında ayrı-ayrı regionların rifahını müəyyən etmək mümkün olur. Son illərin statistik məlumatları əsasında regionda əkin sahələri, ümumi yığım və bitkilərin məhsuldarlığı qeyd edilmiş, müqayisəli təhlil metodundan istifadə olunmuşdur.
Referanslar
Endirin
Yayımlanıb
2026-04-30
Nömrə
Bölmə
Məqalələr