Yerli özünüidarə orqanlarının səmərəliliyi və iqtisadi artım: Azərbaycan nümunəsi

Müəlliflər

  • Amin Tağıyev Müəllif

Açar sözlər

strateji tövsiyələr, məhsuldarlıq, Azərbaycan

Xülasə

Bu məqalədə yerli idarəetmə orqanlarının Azərbaycanda iqtisadi artıma təsiri araşdırılır. Tədqiqat Azərbaycanda yerli özünüidarəetmə orqanlarının və onların strukturlarının iqtisadi rolunu təhlil edir. Ədəbiyyat icmalı əvvəlki tədqiqatların nəticələrini sintezetməklə Azərbaycan nümunəsindəki boşluqları müəyyən edir. Material və müzakirə bölməsində toplanmış məlumatların təhlilini təqdim etməklə yerli özünüidarəetmə orqanlarının iqtisadi artıma təsirləri ətraflı müzakirə olunur. Bu fəsildə yerli özünüidarəetmə orqanlarının uğurları və problemlərinə diqqət yetirməklə strateji əhəmiyyət kəsb edən məsələlər vurğulanır. Nəticələr və tövsiyələr bölməsi Azərbaycanda yerli hökumətlərin iqtisadi artıma töhfələrini qiymətləndirir və potensialın artırılması, şəffaflığın artırılması və yerli iqtisadiyyatın gücləndirilməsi kimi strateji tövsiyələr təklif edir. Bu məqalə iqtisadi artım proseslərində yerli özünüidarəetmə orqanlarının rolunu vurğulayaraq Azərbaycan timsalında konkret qiymətləndirmə təqdim etmək məqsədi daşıyır. Yerli hökumət orqanlarının iqtisadi artıma təsirlərini anlamaq istəyən tədqiqatçılar üçün mühüm istinad mənbəyi ola bilər.

Referanslar

Yayımlanıb

2026-05-05