Turizmdə reklam fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri
##plugins.themes.bootstrap3.article.main##
Xülasə
Reklam və tanıtma, bir ölkənin beynəlxalq turizm bazarındakı tələbinə təsir edən bir amil olaraq qəbul edilməkdədir. Tanıtma fəaliyyətləri, potensial istehlakçı qruplarını hədəfə alaraq fərdlərə istiqamətlənmiş bir fəaliyyətdir. Reklam və tanıtma fəaliyyətlərinin turizm tələbi üzərindəki ən önəmli təsiri, bir turistik bölgə, ya da ölkə haqqında istehlakçıya informasiya verməsidir. Bu amilin mövcud turizm tələbini artırmağa istiqamətlənmiş təsiri ola biləcəyi kimi, potensial turizm tələbini də hərəkətə keçirməyə gücü olacaqdır. Bu məqsədlə, beynəlxalq turizmdə söz sahibi olan ölkələr, bir yandan sahib olduqları imici qoruyub saxlaya bilmək, digər tərəfdən də bazardan daha artıq pay ala bilmək üçün reklam və tanıtma fəaliyyətlərinə daha artıq vəsait ayırmaqdadırlar [5]. Turizmin inkişafında təbii əhali artımı və ətraf mühitdəki dəyişikliklər nəzərə alınır. Təbii artım hər bir ölkədə iqtisadi amil ilə birlikdə baş verən keyfiyyət dəyişiklikləri ilə mövcuddur. Xüsusilə meşə, dağlar və iqlim dəyişikliyi cari ildə hər hansı bir turizm növünün artmasına və ya azalmasına səbəb olan ümumi amillərdir. Buna görə də, insan resursları, reklam, eləcə də ölkəyə turist kimi gələnlərin ictimai rəyi turizmin təşkilində əsas rol oynayır. Reklam turizm sahəsində informasiya fəaliyyəti olmaqla, turizm məhsulunun istehsalı ilə istehlakı arasında birbaşa əlaqəni təmin edir. Turizm sənayesində reklam informasiyası istiqamətləndirilmiş axını təmin edən informasiya funksiyasının dar çərçivəsini keçərək kommunikativ funksiyanı öz üzərinə götürmüşdür. Onun köməyi ilə bazar və istehlakçı ilə “əlaqə” saxlanılır. Bu, bazarda xidmətlərin təşviqinə nəzarət etməyə, reklam edilən obyektlər üçün alıcının
sabit üstünlüklər sistemini yaratmağa və birləşdirməyə, satış fəaliyyətlərində düzəlişlər etməyə imkan verir. İstehlakçıya yönəldilmiş təsir imkanlarından istifadə edərək, reklam təkcə tələbin formalaşmasına deyil, həm də onun idarə olunmasına kömək edir.