Bank sektorunda rəqabətin kredit münasibətlərinin səmərəliliyinə təsiri

Müəlliflər

  • Pərvin İdrisli Müəllif

Açar sözlər

rəqabət mühiti, səmərə, risk, bank, rəqabət, kredit

Xülasə

Bank sektorunda rəqabət, subyektlər arasında ən əlverişli şərtlər uğrunda mübarizə forması olub, kredit cəlbediciliyinə və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir göstərir. Bank fəaliyyətinin yüksək inhisarlaşdırılması iqtisadiyyatın investisiya ehtiyaclarının 
maliyyələşdirilməsi imkanlarına mənfi təsir etdiyindən kredit təklifinin optimal səviyyəsinə yalnız rəqabətli bazar şəraitində nail olmaq mümkündür. Bu baxımdan rəqabət, göstərilən xidmətlərin differensiallaşdırılması, həmçinin müştərilərin bankla əlaqələrinin müntəzəmliyini nəzərdə tutan strategiyaların həyata keçirilməsi üçün stimul yarada bilər.

Referanslar

Yayımlanıb

2026-05-14