Müəssisədə innovasiya fəaliyyətinin məhiyyəti və əhəmiyyəti

Müəlliflər

  • Elnurə Xudaverdiyeva Müəllif

Açar sözlər

proqnozlaşdırma, innovasiya strategiyası, xarici və daxili mühit, innovasiya

Xülasə

İnnovasiaya fəaliyyəti nəticəsində yeni ideyalar, yeni və təkmilləşdirilmiş məhsullar, texnoloji proseslər doğulur, iqtisadiyyatın müxtəlif sahələrinin və onun strukturlarının yeni təşkili və idarə olunması formaları meydana çıxır. Davamlı yeniliklər şirkətin yüksək artım templərini və gəlirliliyini qorumağın yeganə yoludur. Bu günkü enerjili, aqressiv rəqabət mühitində mövcud məhsul çeşidinin rentabelliyini qorumaq heç də asan deyil. Dəyişən şərtlər gözlənilmədikdə və vaxtında reaksiya verilmədikdə, müəssisə böhranla üzləşə bilər.  Bazar iqtisadiyyatı şəraitində menecerin yaxşı məhsula malik olması kifayət deyil; o, rəqiblərlə ayaqlaşa bilmək üçün yeni texnologiyaların yaranmasına ciddi nəzarət etməli və onların öz müəssisəsində tətbiqini planlaşdırmalıdır. Ölkə iqtisadiyyatının qeyri-sabitliyi və idxalı əvəzləmə siyasətinin fəal şəkildə formalaşdırılması zərurətinin mövcud vəziyyətində nəzərdən keçirilən məsələ çox aktualdır.

Referanslar

Yayımlanıb

2026-05-15