Strateji əməliyyat və büdcə planlaşmasında risklərin idarəedilməsi
##plugins.themes.bootstrap3.article.main##
Xülasə
Muasir dövrdə sosial siyasət anlayışı təkcə bu sahə ilə məşğul olan şəxslərin, alimlərin deyil, həm də cəmiyyətin bütün sosial təbəqələri və qruplarının gündəlik həyatına möhkəm daxil olmuşdur. Sovet dövründə siyasətin bölgüsündə sosial siyasət demək olar ki, fərqləndirilməmiş, çox zaman iqtisadi siyasətin tərkib hissəsi kimi qəbul edilmişdir. Lakin tarixi inkişaf prosesində sosial
məsələlərin yanlışlığı ortaya çıxmışdır. Sosial siyasətə bu cür münasibət , anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya
çıxıb. İlk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra inkişaf edərək geniş mənada işlədilmişdir. Bütün sosial sinif və qruplar üçün dövlətin gördüyü bütün tədbirləri əhatə etmişdir. Sosial siyasət müasir mənada: cəmiyyətdəki bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və s. kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər arasında yaranan mübarizə vəmünaqişələri sosial ədalət prinsiplərinə görə həll etməyə çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin cəmidir. Bu anlayış hazırkı mənanı alana qədər uzun bir tarixi inkişaf mərhələsi keçmişdir. Bu mərhələlərdə dövlətlər öz funksiyalarını dəyişdikləri kimi sosial siyasətin də mənasını dəyişdirmiş və onu daha da genişləndirmişdilər.