Koorporativ şirkətlərdə mühasibat uçotu konsepsiyası (Daşkəsən metallurgiya zavodu timsalında)

Müəlliflər

  • Minurə Kərimova Müəllif
  • Nicat Məmmədov Müəllif
  • Qabil Salmanov Müəllif

Açar sözlər

maliyyə hesabatları, ekoloji durum, yataq ehtiyyatı, mühasibat uçotu

Xülasə

Azərbaycanda tərkibində bir çox qiymətli metal saxlayan yataq ehtiyyatının nisbətən az, seyrək, istismar şəraitinin çətin və ekoloji durumun əlverişsiz olması klassik istismar texnologiyalarının istifadəsinə imkan vermir. Digər tərəfdən klassik yol ilə istismar olunan yataqların tədqiq olunan metala görə zəngin sahələri get-gedə azaldığı üçün nisbətən kasıb sahələr istifadəsiz qalır. Tullantılardakı metalların qatılığı bəzən filizin kasıb sahələrindəki metalların qatılığına ekvivalent olurMühasibat uçotu prosesi maliyyə hesabatlarının hazırlanması ilə tamamlanır. Müəssisənin maliyyə hesabatı bir neçə hesabatlardan ibarətdir. Maliyyə vəziyyəti haqqında hesabat düzgün, etibarlı olduqda müəssisənin maliyyə sağlamlığını və fəaliyyətini əks etdirir. Mənfəət və zərərlər haqqında hesabat hazırlandığı dövr üzrə müəssisənin mənfəət əldə etdiyi və ya zərərə məruz qaldığı müəyyənləşdirdiyi üçün çox əhəmiyyətli bir hesabatdır. Maliyyə hesabatlarının bütün istifadəçiləri  üçün müəssisənin gəlirliliyi maraqlıdır, çünki əgər müəssisə uzunmüddətli dövrdə mənfəət əldə etməyə qadir deyilsə iflasa uğrayacaqdır. Mənfəət və zərərlər haqqında hesabat və kapitalda dəyişiklik haqqında hesabatla sıx əlaqədardır. 

Referanslar

Yayımlanıb

2024-03-03