Koorporativ şirkətlərdə mühasibat uçotu konsepsiyası (daşkəsən metallurgiya zavodu timsalında)

Müəlliflər

  • Kərimova Minurə Hacı qızı, Məmmədov Nicat Elsever oğlu, Salmanov Qabil İlham oğlu Müəllif
  • Nicat Məmmədov Müəllif
  • Qabil Salmanov Müəllif

DOI

https://doi.org/10.30546/JIECM.2024.3.0106

Açar sözlər

maliyyə hesabatları,, ekoloji durum,, yataq ehtiyyatı,, mühasibat uçotu

Xülasə

Azərbaycanda tərkibində bir çox qiymətli metal saxlayan yataq ehtiyyatının nisbətən az,  seyrək, istismar şəraitinin çətin və ekoloji durumun əlverişsiz olması klassik istismar texnologiyalarının istifadəsinə imkan vermir. Digər tərəfdən klassik yol ilə istismar olunan yataqların  tədqiq olunan metala görə zəngin sahələri get-gedə azaldığı üçün nisbətən kasıb sahələr istifadəsiz  qalır. Tullantılardakı metalların qatılığı bəzən filizin kasıb sahələrindəki metalların qatılığına  ekvivalent olur.
Mühasibat uçotu prosesi maliyyə hesabatlarının hazırlanması ilə tamamlanır. Müəssisənin  maliyyə hesabatı bir neçə hesabatlardan ibarətdir. Maliyyə vəziyyəti haqqında hesabat düzgün,  etibarlı olduqda müəssisənin maliyyə sağlamlığını və fəaliyyətini əks etdirir. Mənfəət və zərərlər 
haqqında hesabat hazırlandığı dövr üzrə müəssisənin mənfəət əldə etdiyi və ya zərərə məruz qaldığı  müəyyənləşdirdiyi üçün çox əhəmiyyətli bir hesabatdır. Maliyyə hesabatlarının bütün istifadəçiləri  üçün müəssisənin gəlirliliyi maraqlıdır, çünki əgər müəssisə uzunmüddətli dövrdə mənfəət əldə etməyə  qadir deyilsə iflasa uğrayacaqdır. Mənfəət və zərərlər haqqında hesabat və kapitalda dəyişiklik  haqqında hesabatla sıx əlaqədardır. 

Referanslar

Yayımlanıb

2024-03-03