Aqrar bazarın təşkili və regional inkişaf problemləri
Açar sözlər
aqrar bazar, regionların inkişaf proqramları, normativ – hüquqi sənədlərXülasə
Tədqiqatın məqsədi – aqrar bazarların mövcud vəziyyətinin araşdırılması, onun inkişafına təmin edəcək normativ-hüquqi sənədlərin aqrar bazarların inkişafına təsiri istiqamətlərinin və bu istiqamətdə olan problemlərin müəyyən edilməsidir.Tədqiqatın metodologiyası – tədqiqat zamanı analiz, sistemli yanaşma, müqayisəli təhlil, ümumiləşdirmə metodlarından istifadə edilmişdir.Tədqiqatın əhəmiyyəti – aqrar bazarların regionların xüsusiyyətlərinə uyğunlaşdırılması, bu sahədə fəaliyyət göstərən istehsalçıların qarşılaşdıqları problemləri aradan qaldıra və ölkə əhalisinin aqrar sahə məhsulları ilə təminatını yaxşılaşdıra bilər. Tədqiqatın nəticələri – əldə edilən nəticələr regionlarda aqrar bazarların fəaliyyəti barədə məhsul istehsalçılarının məlumatlılığını artırmaqla, istehsal etdikləri məhsulların satışının təşkilinə əlverişli şərait yarada bilər. Tədqiqatın orijinallığı və elmi yeniliyi – aqrar bazarların inkişafının mövcud problemləri müəyyən edilərək, bazarların təşkili prosesinin və xarici iqtisadi əlaqələrin genişləndirilməsinin sürətləndirməsi hesabına bu sahədə müsbət nəticələrin əldə edilməsi istiqamətində təkliflər irəli sürülmüşdür
Referanslar