Müasir əmək bazarı ölkə iqtisadiyyatının islahatı kontekstində

Müəlliflər

  • Azər Hacıyev Müəllif

Açar sözlər

rəqabət, sahibkarlıq fəaliyyəti, məşgulluq, Əmək bazarı

Xülasə

 Əmək bazarının müxtəlif modellərinin formalaşması şəraiti göstərir ki, onun məşğulluq səviyyəsinin yüksəldilməsində uğur qazanması milli adət-ənənələrin, siyasi şəraitin və sosial hisslərin nəzərə alınıb-alınmamasından asılıdır. İqtisadiyyatın struktur yenidən qurulması sənaye sahələrində məşğulluğun xüsusi çəkisinin azalmasına və xidmət sektorunun artmasına, qeyri-standart məşğulluq imkanlarının yaradılmasına, istehsalın maddi-texniki bazasının daim yenilənməsinə, məhsula tələbatın həcminin və tərkibinin yüksəldilməsinə səbəb olmuşdur. Standart rejimdə işləyən işçilər üçün ciddi iş şəraiti rejiminin yaradılması istehsalın çevikliyinə mane olur və onun rəqabət qabiliyyətinin azalmasına səbəb olur. Buna görə də çevik əmək bazarı istehsalın səmərəliliyinin artırılması vasitəsinəçevrilmişdir. Sosial amillər də çevik əmək bazarının formalaşmasına kömək edir. Bunlara əmək fəaliyyəti dövründə işçilərin əmək şəraitinə olan tələblərinin dəyişməsi, onların biliklərinin vaxtaşırı yenilənməsi, peşə ixtisaslarının dərinləşdirilməsi, iş vaxtının əlverişli variantları və digər amillər 
daxildir. Çevik əmək bazarının yaradılması və inkişafında demoqrafik amillər mühüm rol oynayır. Çünki çevik əmək bazarı ailəli qadınların, qocaların, əlillərin, gənclərin və digər kateqoriyadan olan işçilərin əmək potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.

Referanslar

Yayımlanıb

2026-04-03