Mübadilə sferasında marketinq xidmətindən istifadənin effektivliyi

Müəlliflər

  • Gülnara İsmayılova Müəllif
  • Brilyant Abbasova Müəllif
  • Müşviq Hüseynov Müəllif
  • Zaur Müşkiyev Müəllif

Açar sözlər

audit, xərc, mübadilə, effektivlik, marketinq

Xülasə

Mübadilə sferasında marketinqin effektivliyi təşkilatda marketinq xidmətinin necə qurulduğundan, hansı vəzifələri və hansı səviyyədə həll etməsindən asılıdır. Eyni zamanda, marketinq məlumatları həlledici rol oynayır və xüsusi marketinq funksiyaları təşkilatın digər bloklarının və alt sistemlərinin xüsusi funksiyaları ilə birləşdirilməlidir. Marketinq fəaliyyəti prosesinin məzmunu idarəetmə prosesinin müəyyənedici komponentidir. Məqalədə mübadilə sferasında marketinq xidməti effektivliyinin qiymətləndirilməsi metodları göstərilmiş, həmçinin keyfiyyət və kəmiyyət metodları təhlil edilmişdir. Metod seçiminin tədqiqat obyekti və qarşıya qoyulan vəzifələr haqqında dolğun və ətraflı məlumat əsasında müəyyən edilməsi vacibliyi əks olunmuşdur.

Referanslar

Yayımlanıb

2026-04-03