Azərbaycan-Türkiyə ticarət-iqtisadi əlaqələrinin müasir təkmilləşdirilməsində dövlət tənzimlənməsi
DOI
https://doi.org/10.30546/JIECM.2025.1.072Açar sözlər
müasir, Türkiyə, dövlət tənzimlənməsi, Azərbaycan, Ticari-iqtisadi əlaqəXülasə
Xarici ticarət-iqtisadi əlaqələr hər bir dövlətin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edərək Ümumi Daxili Məhsulun artmasına təsir edir. Bazar iqtisadiyyatının konsepsiyasına uyğun olaraq xarici ticarət əlaqələri inzibati və iqtisadi metodlarla tənzimlənir və sənaye inqilabları dövründə ixtira olunan elektron-texnoloji yeniliklərin idxalı və bütün sahələrə tətbiqi ilə daim təkmilləşdirilir. Məqalə Azərbaycan-Türkiyə ticarət-iqtisadi əlaqələrin tənzimlənməsi və müasir dövrün tələblərinə uyğun olaraq, dövlətlər tərəfindən həyata keçirilən təkmilləşdirmələr üzrə aparılan elmi tədqiqata həsr edilmişdir. İki dost dövlət arasında ticarət-iqtisadi əlaqələrin yaradılması investisiya əməkdaşlığından başlanmışdır. Belə ki, Xəzər dənizindən çıxarılan neft-qaz hasilatının artırılması və xaricə nəqli infrastruktur layihələri üzrə bağlanmış beynəlxalq müqavilələrdə xarici şirkətlərlə barəbər Türkiyənin TRAO şirkəti də investisiya payına malikdir
Referanslar