HEYƏTĠN ĠDARƏ EDĠLMƏSĠNƏ ĠQTĠSADĠ METODLARIN TƏSĠRĠ

Authors

  • I.Bayramova, S.V. Akbarova, M. B.Mammad Author

Keywords:

idarəetmə, heyət, əmək haqqı, işçi qüvvəsi, kadr şöbəsi

Abstract

Yaradılan, eləcə də, fəaliyyətdə olan müəssisələrin bir çoxu az müddətdə sıradan çıxaraq 
müflisləşir və iflasa uğrayır. Bunun əsas səbəblərindən biri çox zaman müəssisə fəaliyyətinin geniş və 
əhatəli heyətin idarə edilməsinin düzgün olmamasıdır. Əlbəttə “heyətin idarə edilməsi” dedikdə 
inzibati amirlik sistemindən bizə miras qalmış “direktiv idarəetmə” nəzərdə tutulmur. Qarışıq iqtisadi 
münasibətlər şəraitində “idarəetmə” anlayışı mahiyyətcə yeni məna kəsb edir. İnzibati-amirlik 
sistemindən fərqli olaraq, bazar münasibətləri şəraitində təşkilatlarda idarəetmə mövcud mühit 
dəyişikliklərinə və bəzi amillərin təsirinə uyğun olaraq çevik surətdə dəyişdirilə bilər.
Belə müəssisədaxili heyətin idarə edilməsinin işlənib hazırlanması və onun çevikliyinin təmin 
edilməsi günün ən vacib problemlərindən biridir. Digər tərəfdən müəssisə və təşkilatlarda iqtisadi 
metodların təkmilləşdirilməsi prosesi çox böyük sürətlə gedir. Bununla əlaqədar olaraq müəssisə və 
təşkilatların rəhbərliyinə yeni-yeni adamlar gəlir ki, onların, eləcə də inzibati amirlik şəraitində 
işləmiş rəhbərlərin gündəlik fəaliyyətlərində rastlaşdıqları müəssisə və təşkilatların idarəedilməsi üzrə 
müxtəlif xüsusiyyətli çətinliklərlə üzləşirlər.

References

Published

2026-02-23