Turizm destinasiyasının strukturunun planlaşdırılması və təşkili prinsipləri
##plugins.themes.bootstrap3.article.main##
Xülasə
Mövzunun aktuallığı. Müasir turizm sənayesinin təşkili və davamlı inkişafı, ərazilərin təbii turizm ehtiyatlarına və potensialına müvafiq lokallaşdırılmış turizm subyektlərinin yaradılmasını tələb edir. Belə tip turizm subyektlərindən biri turizm destinasiyaları hesab edilir. Turizmin davamlı inkişafını təmin etmək üçün destinasiyaların optimal strukturunun formalaşdırılması vacib amil hesab edilir. Məqalə, məhz turizm destinasiyalarının planlaşdırılması və təşkili prinsiplərinə həsr edilib və ona görə də, aktuallığı ilə seçilir.
Tədqiqatın məqsədi. Tədqiqatın məqsədi, turizm destinasiyalarının planlaşdırılması, strukturunun təşkili və səmərəli fəaliyyət prinsiplərinin müəyyən edilməsindən ibarətdir.Tədqiqat materialları və metodları. Tədqiqatın materialını yerli və xarici tədqiqatçıların turizm destinasiyalarının planlaşdırılması, təşkili və inkişafına həsr edilmiş tədqiqat əsərləri, beynəlxalq, milli və yerli turizm təşkilatlarının destinasiyaların təşkilinə yanaşma prinsipləri təşkil edir.Tədqiqatda analitik təhlil, müqayisə, ümumiləşdirmə, sintez metodlarından istifadə edilmişdir.Tədqiqatın elmi yeniliyi. Tədqiqat nəticəsində destinasiyaların planlaşdırılması, strukturunun
təşkili və səmərəli fəaliyyətinin prinsipləri müəyyən edilmişdir.Tədqiqatın təcrübi əhəmiyyəti. Tədqiqat nəticəsində müəyyən edilən prinsiplər, irəli sürülən təklif və tövsiyələr təcrübi əhəmiyyətlidir və turizm destinasiyalarının təşkilində dövlət turizm idarəetmə orqanları, turizm təşkilatları tərəfindən istifadə edilə bilər. Tədqiqatın nəticələrinə turizm destinasiyalarının təşkilinə dair elmi-tədqiqat işlərində dəyərli mənbə kimi istinad edilə bilər.