Kütləvi informasiya vasitələrində insan resurslarının idarə edilməsinin mahiyyəti

##plugins.themes.bootstrap3.article.main##

Sevda Hacıyeva
Vüsalə Cənnətova

Xülasə

İnsan resurslarının idarə edilməsi amili bütün təşkilatlarda olduğu kimi kütləvi informasiya vasitələrində də ən yüksək vəzifəli, səlahiyyətli şəxsdən ən aşağı vəzifəli şəxsə qədər bütün işçiləri əhatə edən strateji mühüm funksiyadır. Heç şübhəsiz məqsədlər, planlaşdırma, nəzarət, strateqiya, fəaliyyət, uğurlu nəticə qədər insan, onun potensialı, ideyaları, gücü, fəaliyyəti də təşkilatın 
özəyini təşkil edir. İnsan resurslarının beynəlxalq təcrübəyə əsaslanan, doğru, səmərəli idarəsi bu baxımdan mühümdür. İnsan resurslarının idarə olunması peşəkarlıq, bilik və bacarıq, istedad, idarəçilik qabiliyyəti, analiz, doğru proqnozlaşdırma, təşəbbüs, qərar qəbuletmə, emosiya və hisslərin vaxtında, lazımınca idarə olunması ilə insan potensialından düzgün istifadə bacarıqlarını tələb edir. 
Bu funksiya təkcə müəssisədə işləyən, fəaliyyət göstərən işçilərin iş gücünü deyil, həm də müəssisə üçün fayda təşkil edəcək kənar şəxslərin də potensialını, faydasını, səmərəsini, töhfəsini nəzərdə tutur. 

##plugins.themes.bootstrap3.article.details##

Bölmə

Məqalələr

Referanslar