Milli iqtisadiyyatda mövcud olan struktur problemlərinin təhlili

##plugins.themes.bootstrap3.article.main##

Nurlan Abdullazade

Xülasə

Milli iqtisadiyyat insan orqanizmi prinsipi ilə baxıldığı zaman dövlətlərin qanı funksiyasını icra edir və vətəndaşlarının həyat səviyyəsindən tutmuş bizneslərin böyüməsinə və ölkənin ümumi vəziyyətinə qədər bir millətin rifahının bütün aspektlərinə təsir göstərir. Bununla belə, bu iqtisadiyyatlar daxilində cərəyan edən struktur problemlər iqtisadi böyüməyə, inkişafa və sosial 
ehtiyacların ödənilməsinə mane ola bilər. Milli iqtisadiyyatın strukturunun daha optimal və səmərəli şəkildə təkmilləşdirilməsi, modernləşmə ilə bağlı problemlərin həlli üsullarının müəyyən edilməsi və onların struktur mexanizmləri sisteminəuyğunlaşdırılmasının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. İqtisadi inkişaf proseslərinin təhlili zamanı emal sektorunun yenidən qurulması, istehsal  güclərinin formalaşması, regionların iqtisadi fəallığının artması, sənaye infrastrukturunun inkişafı, ölkənin neftdən asılılığının əhəmiyyətli dərəcədə azalması nəzərə alınıb. İnkişaf səviyyəsinin effektiv olmasını təmin etmək üçün strateji inkişaf və fəaliyyət proqramlarının tərtib edilməsi məqsədəuyğundur. Bu məqalədə ölkələr arasında davam edən ümumi problemlərə diqqət yetirilir, 
bütün dünya üzrə milli iqtisadiyyatları narahat edən struktur problemlərinin hərtərəfli təhlili aparılır.

##plugins.themes.bootstrap3.article.details##

Bölmə

Məqalələr

Referanslar