Nəqliyyat amilinin vahid iqtisadi subyekt olaraq iqtisadiyyatda təsiri

##plugins.themes.bootstrap3.article.main##

Elvin Nəsibov

Xülasə

Nəqliyyat insanları, biznesləri və bazarları birləşdirən, eyni zamanda yeni iş yerlərinin yaradılmasına, ticarətə və ümumi rifaha töhfə verən iqtisadi inkişafın dayaq nöqtəsidir. Nəqliyyat infrastrukturuna investisiyalar iqtisadi artımı dəstəkləmək və bütün dünyada icmaların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün olduqca vacibdir. Nəqliyyat amilinin iqtisadiyyatdakı rolu hər zaman geniş təhlillər mövzusu olmuşdur. Bir çox mütəxəssis nəqliyyatın iqtisadi inkişafda əsas faktorlardan biri olduğunu qeyd etmiş, bir çox təhlillərlə əsaslandırmışdır. Bu məqalədə məsələyə fərqli baxış tətbiq edilir. Elmi ifadə ilə bir hipotez ortaya qoyulur. Qeyd olunur ki, nəqliyyat vahid iqtisadi subyekt kimi digər faktorlar olmadan iqtisadi canlanma yarada bilmir. Bu hipotez müşahidəyə əsaslanan bir neçə
faktlarla əsaslandırılır. 

##plugins.themes.bootstrap3.article.details##

Bölmə

Məqalələr

Referanslar