Avtomobil sənayesinin yaĢıllaĢdırılması: ekoloji və iqtisadi üstünlüklər üçün alüminiumdan istifadə
##plugins.themes.bootstrap3.article.main##
Xülasə
Çoxsaylı strateji sənayelər yaşıl innovasiyaların tətbiqi üçün əsas namizəd kimi dayanır və nəqliyyat sektoru qlobal emissiyalara görə enerji sənayesindən sonra ikinci yerdədir. Avtomobil vəaviasiya sənayelərinin kütləsinin davamlı artması, innovativ material tədarük zəncirinin idarəedilməsini əhatə etmək üçün hərəkət sistemlərinin elektrikləşdirilməsindən də kənara çıxan yeni metodologiyaların işlənib hazırlanmasını tələb edir. Gələcəyin ekoloji cəhətdən təmiz materialı kimi elan edilən alüminium bu işdə xüsusilə unikal və təsirli alət kimi çıxış edir. Müasir dövrdə avtomobil istehsalında alüminiumun və onun birləşmələrinin çəkisi bəzi hallarda 70%-i üstələyib və bu kimi amillər onun istehsal landşaftının formalaşmasında əsas rol oynayır. Bu tədqiqat çərçivəsində alüminium materialların inteqrasiyası ilə əlaqəli çoxşaxəli ekoloji və iqtisadi faydaları ortaya çıxaran avtomobil sənayesi daxilində yaşıl marketinq strategiyalarına aid geniş təhlillər aparılmışdır.Bu məqalə avtomobil sektorunda alüminiumun strateji istifadəsinin nəinki ekoloji dayanıqlığı artırdığını, həm də əhəmiyyətli iqtisadi faydalar verdiyinə də önəm vurğulayır. Alüminiumun çəkiyəqənaət edən xüsusiyyətləri və yanacaq səmərəliliyinin təkmilləşdirilməsi həm ətraf mühitin qorunmasında, həm də avtomobil sənayesində maliyyə dayanıqlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.