Sanatoriya və kurortların turizmin sənaye əsasında təşkilinə təsiri

##plugins.themes.bootstrap3.article.main##

Yusif Humbat
Vugar Gapagov

Xülasə

Balneoloji ehtiyatlar sanator-kurort müəssisələrinin təşkilində əsas müalicə amillərindən sayılır. Ölkəmizdə mövcud olan bütün mineral və termal sulardan istifadə edilməsi balneoloji kurortların inkişafı üçün əhəmiyyətli zəmin yaradır. Azərbaycanda müalicə-sağlamlıq məqsədilə aparılanaraşdırma nəticəsində məlum olub ki, ölkəmizdə müalicəvi müəssisələr (sanatoriyalar, istirahət evləri, pansionatlar, balneoloji və palçıq müalicə ocaqları, kurort poliklinikaları, bərpa mərkəzləri və s.), sanatoriya mühafizə zonaları və digər kurort infrastrukturunun təşkili üçün geniş imkanlar vardır. Müasir dövrdə fəaliyyət göstərən turizm firmaları özünün davamlı fəaliyyətini təmin etmək məqsədilə turizm xidməti və biznesinin vəhdəti olan turizm sənayesinin yaradılmasına cəhd göstərirlər. Turizm sənayesinin tərkibində müalicə işinin yəni sanatoriya və kurortların olması  məqsədəuyğun olardı. 

##plugins.themes.bootstrap3.article.details##

Bölmə

Məqalələr

Referanslar