İnsan resurslarının idarə edilməsi mexanizmi ilə bağlı baxışlar
##plugins.themes.bootstrap3.article.main##
Xülasə
İnsan resursları-təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir. İnsan istehsal prossesinin ayrılmaz hissəsi olmaqla yanaşı, eyni zamanda, onun hədəfidir. Lakin insan resursları menecmentinin ifadə etdiyi sahənin yalnız yeni təkliflər və ya “texnika” ilə müəyyən edilməsi bu sahədəki inkişafları
qavramağı çətinləşdirir. Bununla belə, insan resurslarının idarə edilməsinə dair tədqiqatlar praktikada əks olunan inkişaflardan başqa, onların istehsal olunduğu mühitdən asılı olan nəzəri ölçüləri əhatə edir. Bu səbəbdən, insan resurslarının idarə edilməsi çətiri altında təklif olunan modellərin struktur xüsusiyyətləri ilə yanaşı, intellektual əsasları və problematikalarını başa düşmək vacibdir.