Aqrar sahədə ixrac potensialının formalaşması mexanizmi və onu şərtləndirən amillər
Açar sözlər
 , səmərə, keyfiyyət, amil, resurs, ixrac potensialıXülasə
Ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsindəki müasir meyillər, dünya iqtisadiyyatının qloballaşma şərtlərini nəzərə alaraq aqrar sektorun ixrac potensialının müəyyənləşdirilməsinə xüsusi yanaşma tələb edir. Hazırda aqrar sahə kənd təsərrüfatı məhsullarını yalnız ölkə daxilində tələb olunan istehlak səviyyəsini təmin edəcək miqdarda istehsal etmək deyil, həm də xarici bazarlara çıxarmaq iqtidarındadır. Bu baxımdan aqrar sektorun ixrac potensialı çoxamilli bir model olub kənd təsərrüfatının spesifik amillərini, ixrac mexanizmini təşkil edən xarici iqtisadi fəaliyyətin təşkili amillərini və onun həyata keçirilməsi vasitələrini əhatə edir.
Tədqiqatin məqsədi - aqrar sahədə ixrac potensialının formalaşması mexanizmini araşdırmaq və ona təsir edən amilləri müəyyən etməklə ixrac potensialının yüksəldilməsi perspektivləri barədə təkliflər hazırlamaqdan ibarətdir.
Tədqiqatin metodu – tədqiqat prosesində qruplaşdırma və təhlil metodlarından istifadə edilmişdir.
Tədqiqatin nəticələri - əldə edilmiş nəticələr ixrac potensialının yüksəldilməsi perspektivlərini müəyyən etməyə imkan verir.
Referanslar