Kiçik və orta müəssisələr Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının əsas hərəkətverici indikatoru
Açar sözlər
rəqabət,  , məşğulluq, ÜDM, Naxçıvan MR iqtisadiyyatı, KOM-larXülasə
Dünya ölkələrinin mənimsədiyi sosial və iqtisadi siyasətin əsas piroritetlərindən biri də regionların tarazlı inkişafı olmaqdadır. Qeyd olunan hədəflərə nail olmaq üçün əsas hərəkatverici amil məhz sahibkarlığın xüsusilə də kiçik və orta ölçülü müəssisələrin (bundan sonra- KOM) inkişafı hesab olunmaqdadır. KOM-lar yaratdıqları məşğulluq imkanları, istehsal etdikləri rəqabətqabiliyyətli məhsullar
ilə ölkələrdə məşğulluğun və regional inkişafın təmin edilməsi sahəsində əsas rol oynamaqdadır. Bu baxımdan Azərbaycan Respublikasının tərkib hissəsi sayılan və 3 ölkə ilə sərhədə malik olan Naxçıvan Muxtar Respublikasının (bundan sonra - Naxçıvan MR) iqtisadiyyatında KOM-ların payının yüksəlməsi olduqca mühim əhəmiyyət kəsb edir. Tədqiqatın məqsədi Naxçıvan MR-də KOM-ların fəaliyyətininbölgənin iqtisadiyyatına təsirlərinin təhlil edilərək müvafiq təkliflərin verilməsidir. Tədqiqatda Naxçıvan MR-də iqtisadiyyatın xüsusiyyətləri və inkişaf potensialına adekvat olaraq KOM-ların fəaliyyəti ilə bağlı rəsmi statistikanın uyğunlaşdırılması metodlarından istifadə edilmişdir. Azərbaycan Respublikasının 2022–2026-cı illərdə “Sosial-İqtisadi İnkişaf Strategiyası”nda paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi nəticəsində ümumi məhsul buraxılışında regionların payının 2020-ci ildə 35%-dən 2026-cı ildə 42%-ə çatdırılması nəzərdə tutulur ki, bu da tədqiqat işinin tətbiqi əhəmiyyətini əhatə edir. Tədqiqat nəticəsində Naxçıvan MR iqtisadiyyatında inkişafın əsas hərəkətverici indikatorunun burada fəaliyyət göstərən KOM-ların inkişafı ilə paralellik təşkil etdiyi ortaya çıxmışdır.
Referanslar