Aqrar-sənaye kompleksində sahibkarlıq subyektlərinin maliyyə sabitliyini təmin edən xüsusiyyətlər və amillər...
##plugins.themes.bootstrap3.article.main##
Xülasə
Müasir iqtisadi şəraitdə bir çox təşkilatlar şirkətin fəaliyyətinin maliyyə təminatında, onun işgüzar fəallığının artmasında və investisiya cəlbediciliyində strateji amil kimi maliyyəsabitliyinə xüsusi diqqət yetirirlər. Maliyyə sabitliyi təsərrüfat subyektinin maliyyə vəziyyətinin
qiymətləndirildiyi əsas iqtisadi amillərdən biridir. O, bütün maliyyə-təsərrüfat fəaliyyəti prosesində formalaşır və təşkilatın ümumi dayanıqlığının əsas komponentidir. Müəssisənin maliyyə sabitliyi - sahibkarlıq subyektinin dəyişən daxili və xarici mühitdə fəaliyyət göstərmək və inkişaf etdirmək, aktiv və öhdəlikləri balansını saxlamaq, məqbul risk səviyyəsində daimi ödəmə qabiliyyətini və investisiya cəlbediciliyini təmin etmək qabiliyyətidir.
##plugins.themes.bootstrap3.article.details##
Bölmə
Məqalələr