Vergi – büdcə gəlirlərinin artırılmasının əsas mənbəyi kimi
##plugins.themes.bootstrap3.article.main##
Xülasə
Büdcə gəlirlərinin formalaşmasında vergi siyasətinin əhəmiyyəti böyükdür vəAzərbaycanda vergi gəlirləri büdcə gəlirlərinin əsas hissəsini təşkil edir. Effektiv vergi siyasəti dedikdə, ümumiyyətlə, nə başa düşülməlidir? Artıq qeyd edildiyi kimi, vergi gəlirləri büdcə gəlirlərinin tərkib hissəsidir. Nəticə etibarı ilə daha çox vergi gəlirləri daha çox büdcə gəlirləri deməkdir. Lakin nəzərə almaq lazımdır ki, vergilərin müəyyən həddən artıq artırılması həm iqtisadi artıma, həm dəbiznes mühitinə mənfi təsir göstərə bilər. Effektiv vergi siyasəti elə siyasət tədbirlərini nəzərdə tutur ki, büdcə gəlirlərini təmin etməklə yanaşı, iqtisadi inkişafa kəskin mənfi təsir göstərməsin. Dövlət
maliyyələşdirmə strukturu kimi, artan borc da iqtisadiyyata artan yükdən başqa bir şey deyil. Bu problemi yumşaltmağın bir yolu vergi sistemini elə tənzimləməkdir ki, tətbiq olunan vergi dərəcələri iqtisadiyyata çəkindirici təsir göstərmədən dövlət üçün mümkün olan maksimum gəliri təmin etsin. Bu baxımdan, fərdi gəlir vergilərinin səviyyəsi və sistemin ümumi səmərəliliyi həmişə elmi və sosial
sahələrdə ən çox müzakirə olunan mövzulardandır.