Dil və mədəniyyət iqtisadi inkişafın amili kimi

Müəlliflər

  • Zamina Novruzova Müəllif

Açar sözlər

dil və əmək gəliri, dil dinamikası, iqtisadiyyat, mədəniyyət

Xülasə

İnsanlara məxsus olan dillər qədər mədəniyyətlər də bir-birindən fərqlənir və böyük sürətlə dəyişikliyə uğrayır. Mədəni dəyişikliklər dilə münasibətdə də özünü göstərir. Danışıq dili hər hansı bir insan cəmiyyətində istifadə edilə bilən məlumatın həcmini əhəmiyyətli dərəcədə genişləndirir və yeni bacarıqların əldə edilməsini, eləcə də texnikaların dəyişmiş şəraitə və ya yeni, fərqli mühitlərə
uyğunlaşdırılmasını sürətləndirir. Dildən istifadə etməklə istənilən bacarıqlar, texnikalar, məhsullar, sosial nəzarət üsulları və s. izah edilə bilər və hər kəsin ixtirasının son nəticələri deyilənləri qavramaq üçün intellektual qabiliyyəti olan hər kəsə təqdim edilə bilər. Dillər və onların daxilində variasiyalar bütövlükdə insan cəmiyyətində həm birləşdirici, həm də müxtəlifləşdirici rol oynayır. Ümumi 
mədəniyyət və ortaq dil fərdlər arasında ticarəti asanlaşdırır, eləcə də həmin fərdlərin digər dilləri vəmədəniyyətləri öyrənmək üçün stimulları var.

Referanslar

Yayımlanıb

2026-05-05