“İnnovasiyalı iqtisadiyyat və menecment” jurnalı 2018 – ci ildə Azərbaycan Texnologiya Universiteti tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir. Jurnalın missiyası iqtisadçı alimlərin və ekspertlərin ən aktual məsələlərə dair fikirlərini dərc edərək, əldə edilmiş nəticələri ölkə və beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
Jurnal 2020 – ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər elm sahələri üzrə dövri elmi nəşrlərin iqtisadiyyat elmləri siyahisına daxil edilmişdir. Jurnalın ildə ən azı 2 sayının nəşri nəzərdə tutulmuşdur.